Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır

0

  • XXI əsr özünün gəlişi ilə bəşəriyyətin müsbət gözləntilərinə cavab versə də, eyni zamanda özü iıə bərabər dünya əhalisi üçün bir çox məhrumiyyətlər də gətirdi. Dünya ölkələri "soyuq müharibə"nin başa çatmasından məmnun olsalar da, dünyanı ağuşuna almış pandemiya, postpandemiya dövründə yaranmış iqtisadi böhran, Rusiya - Ukrayna müharibəsi və sair bu kimi hadisələr bir o qədər də məyusluq yaratmışdır . Hal - hazırda pandemiya dövrü sona çatsa da, bəşəriyyət digər neqativ halların aradan qaldırılması üçün böyük səylər göstərir. Dünyanın bir parçası olan Azərbaycan, bütün bu problemlərlə mübarizə aparmaqla bərabər özünün 30 illik Qarabağ problemi ilə də mübarizə aparmaq zorunda qalmışdır. Sevindirici məqamlardan biri odur ki, qeyd olunan çətinliklərdən daha az zərərlə çıxmaqda olan, barmaqla sayıla biləcək, ölkələrdən biri də Azərbaycandır. Belə ki, ölkəmiz bu keşməkeşli zamanda 2020 - ci ilin sentyabr - noyabr aylarında 44 günlük Vətən müharibəsində erməni faşistlərini torpaqlarımızdan qovaraq 30 illik işğala son qoydu. İndi Azərbaycan döyüş meydanında öz sözünü dediyi kimi, siyasi arenada da güclü mövqe nümayiş etdirməkdədir. Məhz buna görə də bir çox məqamlarda Azərbaycannın mövqeyi təqdir edilir. 10 oktyabr 2023 - cü il tarixdə Azərbaycanın Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 27 - ci iclası keçirilmişdir. İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinə Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan daxildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Şuşada keçirilən 27 - ci iclasının iştirakçılarına salamlama məktubu göndərmişdir. Ölkə Başçısı salamlama məktubunda qeyd etmişdir ki, Azərbaycan İƏT - in fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. Azərbaycan Prezidenti əlavə etmişdir ki, İƏT Nazirlər Şurasının görüşü Azərbaycan üçün" əlamətdar tarixi dövrlərdə ", ölkənin bütün ərazisi üzərində suverenliyini bərpa etdiyi bir vaxtda keçirilir. İndi böyük fəxarət hissi ilə demək olar ki, 30 ildən sonra ərazilərimizdə "boz" zona yoxdur. Ölkə ərazisində "boz " zonanın aradan qaldırılması respublika daxilində terrorçuluğun kəskin azalmasına, ölkənin iqtisadi inkişafına təkan verəcəkdir. Bu gün Şərq - Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artmasını nəzərə alaraq Bakı - Tbilisi - Qars dəmir yolu ilə daşımaların həcminin 1 milyon tondan 5 milyon tona çatdırılmasını hədəfləyirik. Məktubunda daha sonra Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev qeyd etmişdir ki, hal - hazırda ölkəmizdə "dekarbonlaşma", yaşıl enerji" növlərinin artırılması kimi məsələlərə üstünlük verilir. Eyni zamanda "yaşıl enerji" zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyasına uyğun olaraq həyata keçirilir. Biz 3 ilə qədər "Böyük Qayıdış" layihəsi çərçivəsində 100 minə qədər məcburi köçkünün doğma yurd - yuvalarına dönməsini planlaşdırırıq. Azərbaycan Prezidentinin məktubundan da göründüyü kimi ölkəmiz böyük nailiyyətlərin astanasındadır və bu işlər tezliklə Cənubi Qafqazı sülhün və sabitliyin bərqərar olduğu çiçəklənən bir məkana çevirəcəkdir.
    Ələddin Əhmədov,
    Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib31 dəfə
    azərbaycan İƏt çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır

    Maraqlı gələ bilər
    32
    12
    0